Burada çalışan xidmətçi qızlar əxlaqsız xidmət təklif edirlər.
Bakıda polis çayxanaları araşdırmağa başlayıb.AZXEBER.COM xəbər verir ki, Axar.az-a daxil olan məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi priton kimi fəaliyyət göstərən çay evlərində əməliyyat tədbirləri həyata keçirir.
Paytaxtda son dövrlər pritonların qapadılmasına görə çayxana adı altında əxlaqsızlıq yuvalarının fəaliyyət göstərməsi halları artıb. Bakı polisi də əməliyyat tədbirlərini buna görə genişləndirib.
Bildirilir ki, şəhərin bir sıra yerlərində çay evləri gizli şəkildə priton rolunu oynayır. Bu çay evlərinə daxil olanda zahirən adi bir çayxana təəssüratı yaratsa da, orada çalışan xidmətçi qızlar əxlaqsız xidmət təklif edirlər. Çayxana sahibləri gizli şəkildə bu obyektləri əxlaqsızlıq məkanlarına çevirirlər.
Xəbərdə deyilir ki, əməliyyat tədbirləri genişləndiriləcək və əxlaqsız yuvası sahiblərinin çayxana oyunu sıradan çıxarılacaq.
Qeyd edək ki, bu günlərdə Bakıda tanınmış çay evində fahişəxana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisindəki “New Life” çay evində Xaçmaz rayon sakini Heybət Nemətovun gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.