​Polis Nardaranda əməliyyat keçirdi - Saxlanılan var

​Polis Nardaranda əməliyyat keçirdi - Saxlanılan var
Bütün Xəbərlər
15:57 25.12.2015
1388
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçirib.
Məlumata görə, Nardaran qəsəbəsi, Abşeron küçəsindəki evdə yaşayan Akif Nuriyevin evindən 5 ədəd patron, ov tüfəngi üçün 39 ədəd dolu patron, 8 ədəd boş patron, 9 ədəd patron doldurmaq üçün alət və vasitələr, ov tüfənginə məxsus 3 ədəd yarımkəsilmiş patron, 2 qutu barıt, 1 qutu alışdırıcı piston və 1 ədəd cib bıçağı aşkarlanıb.
A.Nuriyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Report.az
OXŞAR XƏBƏRLƏR