Daxili İşlər Nazirliyinin əməkdaşları pirotexnik vasitələr götürüblər.
Daxili İşlər Nazirliyinin verilən məlumata görə, dekabr ayının 13,14 və 15-də Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ, Suraxanı, Binəqədi, Nizami, Xəzər və Abşeron rayonları ərazisindəki 6 ticarət obyektindən yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar götürülüb. Oyuncaqların ümumi sayı 23 min 172 ədəd olub.