Polis qəza törədib, 5 həmkarı xəsarət alıb

Polis qəza törədib, 5 həmkarı xəsarət alıb
Bütün Xəbərlər
10:14 21.05.2013
1129

Bakıda polis əməkdaşları qəza törədib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının əməkdaşı, 1986-cı il təvəllüdlü Tofiq Qasımov idarə etdiyi “Opel” markalı avtomobili yol kənarındakı maneəyə vurub.

Nəticədə sürücü və maşında olan sərnişinlər, polis əməkdaşları - 1990-cı il təvəllüdlü Səfərov Qabil, 1990-cı il təvəllüdlü Rzayev Vüqar, 1992-ci il təvəllüdlü Nəcəfov Babək və 1991-ci il təvəllüdlü Məmmədov Fərhad ağır xəsarət alıblar.

Yaralılar DİN-in hospitalına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR