Rusiya polisi paytaxt Moskvada qurban kəsənlərə mane olub. Polisə məlumat verilib ki, bir qrup müsəlman Kubinka və Marşal Nadelin küçələrinin kəsişməsində körpü altında qurban kəsmək istəyir. Polis dindarlara mane olub və bildirib ki, Moskva ərazisində ictimai yerdə heyvan kəsmək qadağandır. Həmin gün Rusiya paytaxtında polisə müsəlmanların qurban kəsməsi barədə daha iki məlumat daxil olub, lakin onlar yalan çıxıb.