Keşmiş polis rəisi polkovnik Şahmar Paşayevə yeni vəzifə verilib. Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi təyin edilib.Bu barədə məlumatı ANS PRESS-ə eksklüziv olaraq onun oğlu Turabi Paşayev verib.Ş.Paşayevin oğlu da hüququ mühafizə orqanlarında çalışır. O, Qaradağ rayon 38-ci polis bölməsinin rəisidir.Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarda, su anbarlarında, digər sututarlarda kiçik həcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, habelə gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərin və keçidlərin təhlükəsiz istismarına texniki nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.Qeyd edək ki, polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi olub. O, səhəttindəki problemlə bağlı işdən çıxması haqqında ərizə yazmış, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə işdən azad olunmuşdu.