Polis reyd keçirdi: 18 nəfər saxlanıldı

Polis reyd keçirdi: 18 nəfər saxlanıldı
Bütün Xəbərlər
10:20 19.12.2014
774

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları növbəti reydini keçirib. Reyd bu dəfə şəhərin Heydər Əliyev prospektində baş tutub və əsas məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək olub. Reyd zamanı sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib. Həmçinin nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkar edilib. Reyddə 18 sürücü haqqında inzibati tədbir görülüb və avtomobillər cərimə meydançasına aparılıb. Reydlər bu ayın sonuna kimi davam edəcək.

OXŞAR XƏBƏRLƏR