Polis Şəkidə əməliyyat keçirdi: Keçmiş məhkumdan “patı” götürüldü - FOTO

KRİMİNAL
10:30 26.07.2021
316
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə bir nəfərin üzərində narkotik vasitə daşıması, eləcə də kənar yerdə gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Tural Cabbarov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan "patı”, "şüşə” kimi tanınan psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. T.Cabbarovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun "Dərə hamamı” kimi tanınan, hazırda istifadə olunmayan köhnə tikilidə narkotik vasitə gizlətdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilən zaman oradan 350 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Cabbarov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:04 17.10.2021

Qurban Qurbanov: "Hər oyuna belə motivasiya, istəklə çıxmaq istəyirik"

22:57 17.10.2021

Polşada zəlzələ baş verdi

22:38 17.10.2021

Bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin mövlud günü qeyd edilir

22:28 17.10.2021

Əfqanıstanda yaşayış binasının damının uçması nəticəsində 6 nəfər öldü

22:10 17.10.2021

"ABŞ Dağlıq Qarabağı öz forpostu kimi görmək istəyərdi" - Rusiyalı ekspert

21:59 17.10.2021

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medalla 4-cü yeri tutub

21:39 17.10.2021

ABŞ-da universitetdə atışma olub, ölən və xəsarət alanlar var

21:24 17.10.2021

Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

21:07 17.10.2021

Azərbaycanın Birinci vitse-prezidenti Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdü

20:50 17.10.2021

Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq - Prezident

20:40 17.10.2021

Türkiyənin Gürcüstandakı səfiri: “Türkiyə güclənən Azərbaycanla qürur duyur”

20:26 17.10.2021

İranın Baş Qərargah rəisinin Rusiyaya səfəri başladı

20:14 17.10.2021

Prezident: “Biz öz ləyaqətimizi, qürurumuzu, müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik”

20:08 17.10.2021

Bill Klinton xəstəxanadan evə buraxıldı

19:16 17.10.2021

Türkiyə hərbçiləri PKK-nın daha 5 terrorçusunu zərərsizləşdirdi

18:58 17.10.2021

QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi