Polis sosial şəbəkədə paylaşılan it döyüşü görüntüsü ilə bağlı hərəkətə keçdi

SOSİAL
22:46 17.02.2025
329
Sosial şəbəkələrdə it döyüşlərinin keçirilməsi ilə bağlı görüntülər yayımlanıb.

AZXEBER.COM xəbər verir ki, Nizami Ramazanov adlı heyvansevər şəxs bununla bağlı video paylaşıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) dərhal reaksiya verilib. Qurumdan Nizami Ramazanova bildirilib ki, bununla bağlı araşdırmalara başlanılıb:

"Dostlar paylaşdığım it döyüşləri ilə bağlı olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi  əməkdaşları mənimlə əlaqə saxladılar.

Hazırda DİN tərəfdindən it döyüşdürən şəxslərin tapılması ilə bağlı araşdırma aparıldığı qeyd olundu".
 
OXŞAR XƏBƏRLƏR