Polis stadionda "İstefa" qışqıranları təhqir etdi (FOTOLAR)

İDMAN
20:28 07.06.2011
1781

Oyun zamanı əsəbləri tarıma çəkilən azarkeşlər yığmamızın baş məşqçisi Berti Foqtsu istefaya səsləyiblər.

AZXEBER.COM-un məlumatına görə, bu zaman 24-cü sektorda maraqlı hadisə baş verib. “İstefa” şüarını eşidən polis bərk qəzəblənib və şüarı səsləndirən azarkeşlərə hədə-qorxu gəlib, onları təhqir edib. Azarkeşlər isə buna məhəl qoymayıblar. Bunu görən polis göstəriş verib ki, azarkeşlərə qarşı tədbir görülsün. Amma digər polislər həmkarına bunun normal olduğunu və yığmanın uğursuz nəticələrinə görə azarkeşlərin “İstefa” şüarının səsləndirdiyini və bu istefanın sırf Foqtsa aid olduğunu deyiblər. Aqressiv polis bu sözləri eşitdikdən sonra bir qədər sakitləşib və azarkeşlərə mane olmayıb .

 AZXEBER.COM portalının əməkdaşı həmin polisin fotolarını çəkib. Sizin üçün də maraqlı olacağını düşünüb fotoları təqdim edirik. 

 07062011255

 

 07062011256

07062011262

OXŞAR XƏBƏRLƏR