Polisdən daha bir “dilənçi əməliyyatı”

Polisdən daha bir “dilənçi əməliyyatı”
Bütün Xəbərlər
12:01 30.10.2014
1159
40 nəfər yevlaxlı Bakıdan çıxarıldı.
Bakıda dilənçiliklə məşğul olan şəxslər saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən AZXEBER.COM-a verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən həyata keçirilib.
Keçirilən əməliyyat zamanı rayon ərazisində dilənçiliklə məşğul olan 17 qadın, 23 azyaşlı saxlanılaraq barələrində inzibati qaydada protokol tərtib olunub.
Həmin şəxslər yaşadıqları Yevlax rayonuna göndərilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR