25 dekabr tarixində xərçəng xəstəsi olan həyat yoldaşını itirən amerikalı qadın onu narahat edən qonşusunu öldürüb.
AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, 3 aylıq körpəsiylə qalan Sara Makkinley adlı qadını qonşusu Justin Martin narahat edib. Yeni ildə qapısının döyüldüyü eşidən xanım Justini əlində ov bıçağıyla qapıda görüb.
Sarah otağına gedib və 12 kalibrilik ov tüfəngini götürüb. Bir tərəfdən də 911-ə zəng eləyib, polisdən kömək istəyib. Narahat olan qadın polisdən “ İçəri girsə, onu vura bilərəmmi?” deyə soruşub. Polis bunun özünü müdafiəetmə olduğunu söyləyincə, Sarah içəri girən adamı o andaca vurub.