Polisdən özünü Qız Qalasından atan kişi ilə bağlı əhaliyə - MÜRACİƏT – FOTO

Polisdən özünü Qız Qalasından atan kişi ilə bağlı əhaliyə - MÜRACİƏT – FOTO
Bütün Xəbərlər
10:58 25.11.2014
2710
Ürəyi zəif olanların fotoşəkillərə baxmamağı xahiş olunur.
Dünən günorta saatlarında Bakının mərkəzində intihar hadisəsi baş verib.
AZXEBER.COM  xəbər verir ki, orta yaşlı kişi özünü Qız Qalasından atıb.
Səbail rayonu 9-cu polis idarəsindən Vesti.Az-a verilən məlumata görə, kişinin şəxsiyyəti müəyyənləşdirilməyib, onun üzərində şəxsiyyətini təsdiq edən sənəd tapılmayıb.
Bununla əlaqədar polis əməkdaşları əhalidən həmin şəxsin kimliyini müəyyənləşdirməkdə kömək etmələrini xahiş edirlər. Bu şəxs barədə məlumatı olan hər bir kəsdən aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaq xahiş olunur:
(+99412) 492 02 02 və 437 02 02.
OXŞAR XƏBƏRLƏR