Yol polis əməkdaşlarının Qubada keçirdiyi reyddə maraqlı anlar yaşanıb.
AZXEBER.COM xəzərxəbər-ə istinadən bildirir ki, yol polis əməkdaşları Qubada reyd keçiriblər. Reyd zamanı bir sıra maraqlı məqamlar yaşanıb. Polisin "saxla" əmrinə tabe olmayan sürücü saxlanıldıqda söyüş söyərək özünü təmizə çıxarmağa çalışdı.
Reyd zamanı sürücülük hüququ olmadan avtomobil idarə edən,maşına avadanlıq quraşdıran sürücülər saxlanılıblar. 5 sürücünün isə sərxoş olduğu aşkarlanıb. Ümumilikdə 47 sürücü barəsində inzibati protokol tərtib olunub.
Quba yol polisinin istirahət mərkəzlərinin yaxınlığında keçirdiyi reyd bu görüntülərlə yadda qalıb.