“Əgər Ermənistan sülh istəyirsə, Azərbaycanla Naxçıvanı birləşdirən yol açılmalıdır”

“Əgər Ermənistan sülh istəyirsə, Azərbaycanla Naxçıvanı birləşdirən yol açılmalıdır”
SİYASƏT
16:42 15.07.2025
546
Siyasi şərhçi Elşad Paşasoy bu gün qonağı olduğu AzTV-də yayımlanan "Hədəf” verilişində Ermənistan-Azərbaycan münasibətləri və regiondakı nəqliyyat-kommunikasiya imkanları barədə fikirlərini bölüşüb.

AZXEBER.COM xəbər verir ki, o, bildirib ki, əgər Azərbaycan və Ermənistan arasında ikitərəfli əsaslarla sülh prosesində müəyyən irəliləyiş əldə edilibsə, məhz bu istiqamətdən başlamaq vacibdir. Paşasoyun sözlərinə görə, hələlik qitələrarası daşımaları, rabitəni və logistikanı bir kənara qoyaraq, ilk növbədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yolun açılması məsələsinə diqqət yetirilməlidir.

"Elə bir yoldan söhbət gedir ki, bu, sadəcə yol deyil, həm də dəhliz funksiyası daşıyır. Ermənistan əgər doğrudan da Azərbaycanla sülh imzalamağa hazırdırsa, ilk növbədə bu yolun açılmasına razılıq verməlidir. Bu dəhlizdən Ermənistanın özü də fayda götürə bilər. Rəsmi İrəvan bunu anlamalıdır,” – deyə Paşasoy vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, əgər Ermənistan tərəfindən bu istiqamətdə düşüncələr formalaşıb və Azərbaycanın təklif etdiyi həll yolunu qəbul etməyə hazırdırlarsa, artıq gecikmə yalnız Ermənistanın öz maraqlarına zidd olacaq. Çünki Azərbaycanın alternativ yol imkanları da mövcuddur.

"Elə bir alternativ yol da var ki, Araz çayı üzərindən İran ərazisinə keçməklə həyata keçirilə bilər. Gələcəkdə bu yolun da dəhliz funksiyası yerinə yetirməsi istisna deyil və bu məsələ də müzakirə mövzusudur,” – deyə Paşasoy fikrini tamamlayıb.
 
Oksana Orucova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fatimə: “İlk sevgim, duam odur”
17:54 10.10.2026
Fatimə: “İlk sevgim, duam odur”
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
17:45 10.10.2026
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
15:34 10.10.2026
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
15:23 10.10.2026
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
15:20 10.10.2026
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil