Artıq iyun ayının 20-si olmasına baxmayaraq, hələ də paytaxtda xidmət aparan polis əməkdaşları uzun qollu paltarları dəyişməyiblər. Polis, görəsən, nəyə görə hələ də qış formasındadır?
Məsələyə aydınlıq gətirmək üçün Milli.Az-ın əməkdaşı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb.
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda polislərin geyindiyi qış forması deyil, gündəlik formadır. Polislər nizamnaməyə uyğun xidmət aparırlar.
Polis köynəklərinin hələ də uzunqol olmasına gəlincə isə, E.Zahidov bildirib ki, Bakıda keçirilən ilk Avropa Oyunları ilə əlaqədar polislərə səliqəli görünməklə bağlı göstərişlər verilib. Bu səbəbdən də polis əməkdaşları uzunqol köynəklərlə xidmət aparırlar.