Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib

Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
DÜNYA
23:02 13.10.2026
187
ABŞ Ukraynanı Rusiyanın son raket hücumları barədə əvvəlcədən xəbərdar etməməsini əlverişsiz hava şəraiti ilə əlaqələndirib.
 
Bu barədə "Politico” nəşri mənbəyə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbəti bildirib ki, Vaşinqton xəbərdarlığın göndərilməməsinə səbəb kimi pis hava şəraitini göstərib. Lakin Kiyev bu izahı yetərli hesab etmir.

"Amerikalılar ukraynalılara bildiriblər ki, əlverişsiz hava şəraitinə görə xəbərdarlıq olmayıb. Kiyev isə bunu kifayət qədər əsaslı səbəb hesab etmir. Buna görə də getdikcə daha çox insan əsl səbəbin başqa ola biləcəyindən narahatdır”, – adı açıqlanmayan rəsmi bildirib.

Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı administrasiyasının Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmadığını açıqlayıb.

Tramp bildirib ki, Vaşinqton Kiyevə dəstəyini davam etdirir və münaqişənin nizamlanması məsələsində yekun həllin tapılmasına kömək göstərir.

Xatırladaq ki, oktyabrın 13-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin əvvəlki gecə Rusiyanın raket buraxılışları ilə bağlı ABŞ-dan heç bir xəbərdarlıq almadığını bildirmişdi.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR