Polkovnik-leytenant qəfil vəfat etdi

Polkovnik-leytenant qəfil vəfat etdi
HADİSƏ
11:07 25.03.2025
182
Fövqəladə Hallar Nazirliyinin təqaüddə olan​ zabiti qəfil vəfat edib.

AZXEBER.COM "Qafqazinfo"-ya istinadən xəbər verir ki,  Dövlət Yanğından Mühafizə Xidmətinin keçmiş əməkdaşı, daxili xidmət polkovnik-leytenantı Ədalət Ələkbərov səhhətində yaranmış problem səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Ələkbərov 2018-ci ildə Prezidentin Sərəncamı ilə "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.
OXŞAR XƏBƏRLƏR