Polkovnikinin ailəsində faciə

Polkovnikinin ailəsində faciə
Bütün Xəbərlər
00:41 23.01.2012
1920
Ucar rayonu ərazisində sərnişin avtobusu ilə minik maşını toqquşub, bir ailənin beş üzvü yaralanıb, biri ölüb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə yanvarın 22-də Bakı-Qazax yolunun 245-ci km-də, Ucar rayonu ərazisində baş verib.Bakı sakini, 1984-cü il təvəllüdlü Gözəlov Elçin Adil oğlunun idarə etdiyi “Toyota Prado” markalı, 90 HK 029 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn, Bakı-Balakən marşrutu ilə hərəkət edən, 10 KF 403 dövlət nömrə nişanlı, “Mercedes” markalı sərnişin avtobusu ilə toqquşub. Nəticədə “Toyota”nın sürücüsü Elçin Gözəlov ölüb, avtomobildə olan ailə üzvləri – atası, 1956-cı il təvəllüdlü Gözəlov Adil İsa oğlu, anası 1959-cu il təvəllüdlü Əliyeva Zinət Məmməd qızı, həyat yoldaşı, 1984-cü ilə təvəllüdlü Vəliyeva Təranə Mikayıl qızı, övladları - 2007-ci il təvəllüdlü Gözəlzadə Adil Elçin oğlu və 2008-ci təvəllüdlü Gözəlzadə Elcan Elçin oğlu ağır yaralanıblar.Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR