Polşa bu ölkə prezidentini ərazisinə buraxmayacaq

Polşa bu ölkə prezidentini ərazisinə buraxmayacaq
DÜNYA
21:31 13.05.2025
408
Polşa Serb Respublikasının Prezidenti Milorad Dodikin ərazisinə daxil olmasını qadağan edəcək.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Milorad Dodikin ölkəyə girişinə qadağa qoyulması proseduruna başlanılıb. Bu, hələ də davam edir və bir neçə gün ərzində tamamlanacaq”, - Reuters Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirir.

Qeyd edək ki, bundan əvvəl Avstriya və Almaniya "Bosniya və Herseqovinadakı konstitusiya böhranını” əsas gətirərək Dodikə ölkəyə giriş qadağası qoyub. Vyana və Berlin "konstitusiya böhranına görə məsuliyyət daşıyanlara qarşı təcili olaraq əlavə tədbirlər görməyə” qərar veriblər.
OXŞAR XƏBƏRLƏR