Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir

Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
DÜNYA
16:30 21.11.2026
95

Polşa hökuməti ölkə ərazisinə raketlərin düşməsi ilə bağlı insidentdən sonra Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi çərçivəsində müttəfiqlərlə məsləhətləşmələr keçirməyi nəzərdən keçirir.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Bild” qəzeti təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 4-cü maddənin işə salınması Polşaya alyansın bütün müttəfiqləri ilə rəsmi məsləhətləşmələrin keçirilməsini tələb etmək imkanı verəcək:

"Bununla belə, görünür, Berlin bu qərarın əleyhinə çıxış edir. Almaniya tərəfi mövqeyini həmin mexanizmin dəyərdən düşməməsi üçün ondan həddindən artıq tez-tez istifadə edilməməli olması ilə əsaslandırır”.

"Bild”in iddiasına görə, Polşanın müdafiə naziri Varşavanın şərq cinahını gücləndirmək üçün NATO-dan əlavə dəstək istəyəcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR