Polşada azərbaycanlı sürücüyə hücum olunub - FOTOLAR

Polşada azərbaycanlı sürücüyə hücum olunub - FOTOLAR
SOSİAL
12:54 13.06.2026
255
Polşada azərbaycanlı sürücü zorakılığa məruz qalıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Lent.az-a həmin ölkədə yaşayan soydaşlarımız məlumat verib.

Məlumata əsasən, hadisə paytaxt Varşavada qeydə alınıb. Polşa vətəndaşı olan şəxs azərbaycanlı sürücünün avtomobilinə hücum edərək, xeyli zərər vurub. Həmin şəxs səbəb kimi dayanma-durma qaydalarının pozulmasını bəhanə edib. Bu zaman azərbaycanlının avtomobilində olan qadın sərnişin cinayətkara etiraz edərək, onun görüntülərini çəkib. Lakin qadının hərəkəti polşalını daah da hiddətləndirib və o, sürücüyə də hücum edərək, xəsarət yetirməyə başlayıb.

Zərərçəkən həmyerlimiz hadisə ilə bağlı polisə müraciət edib.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR