Pomidor möcüzəsi

Pomidor möcüzəsi
Bütün Xəbərlər
16:29 09.10.2012
1278
Finlandiyalı alimlər 12 il aparılan araşdırmadan sonra pomidorun faydasını sübut ediblər.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, pomidor insult riskini azaldır.Belə ki, Finlandiyada kişilərdə ürək-damar xəstəliklərinin araşdırılması üçün 42-61 yaş arası 1031 nəfərin iştirakı ilə tədqiqat aparıblar. Nəticədə bu fakt üzə çıxıb.90-cı illərdə başlayan eksperimentin əvvəlində iştirakçıların qanları alınıb. 7 il sonra bu iş yenidən təkrarlanıb və nəticələr müqayisə edilib. Bu nəticələr 12 il boyunca araşdırılıb. Nəticədə likopen səviyyəsinin yüksək olan kişilərdə insult riskinin 55 faiz daha az olduğu bəlli olub.Likopen isə ən çox pomidorun tərkibindədir. Bundan əlavə qarpız, qreypfurt, manqo da likopenlə zəngin qidalar arasındadır.
OXŞAR XƏBƏRLƏR