‘Popuqay sözünü özümə demişəm’ - Tağı Əhmədov

‘Popuqay sözünü özümə demişəm’ -  Tağı Əhmədov
Bütün Xəbərlər
12:54 07.05.2013
3861

Metropoliten rəisi "popuqay"ın pis quş olmadığını deyir.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov növbəti dəfə jurnalistlərlə insidenti ilə gündəmdədir. Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının “Gülüstan” sarayında təşkil etdiyi tədbirdə bir qrup jurnalist Tağı Əhmədova yaxınlaşaraq, yeni metro xətlərinin çəkilib-çəkilməməsi barədə ona sual ünvanlayıb. Bu sual isə Metropoliten rəisini özündən çıxarıb. Səsinin tonunu artıran Tağı Əhmədov “nədir, “popuqay”sız, hər məni görəndə bu sualı verirsiniz” deyib. Tağı Əhmədov baş vermiş hadisə ilə bağlı "Yeni Müsavat"a müsahibə verib. Musavat.com-un məlumatına görə, Bakı Metropoliteninin rəisi jurnalistləri təhqir etmədiyini bildirib: "Mən "popuqay"ı özümə demişəm. Demişəm ki, "popuqayam eyni şeyləri hər dəfə təkrarlayam?". Özü də popuqay pis quş deyil". Tağı Əhmədovun müsahibəsini "Yeni Müsavat" qəzetinin 8 may 2013-cü il tarixli sayında oxuya bilərsiniz.

OXŞAR XƏBƏRLƏR