Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir

Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir
İDMAN
06:40 11.10.2026
207
Portuqaliya Futbol Federasiyasının rəhbəri Pedru Proensa ümid edir ki, "Qızıl top"un beşqat sahibi Kriştianu Ronaldu Millətlər Liqasının noyabr matçlarına milli komandaya qayıdacaq.

Funksionerin sözlərini jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

"Federasiya, məşqçi, bütün komanda yoldaşları eyni fikirdədir: biz Kriştianunun qayıtmasını istəyirik. Mən onun elə noyabrdakı beynəlxalq fasilə zamanı qayıtmasını gözləyirəm. Kriştianu da qayıtmağa hazırdır. O bütün dövrlərin ən yaxşısıdır", - Proensa bildirib.

Bununla belə, "Mirror" qəzeti federasiyanın Ronaldunu milli komandadakı çıxışlarından kənarlaşdırmaq qərarı qəbul etdiyini iddia edib, analoji versiyanı "A Bola" qəzeti də irəli sürüb.

Xatırladaq ki, Ronaldu Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda danimarkalılarla oyun (4:2) ərəfəsində Portuqaliya yığmasının düşərgəsini tərk edib. Hücumçu bildirib ki, gələcəkdə bu qərarın səbəbləri barədə danışacaq. Forvard norveçlilərlə ikinci tur oyununda (2:1) meydana çıxmamışdı.

Daha sonra oyunçu üzr istəyib və millidəki karyerasını başa vurmağı planlaşdırmadığını deyib.
 
///report///
OXŞAR XƏBƏRLƏR