Portuqaliya və Azərbaycan arasında gənclər sahəsində əməkdaşlıq genişlənir

GƏNCLİK
15:38 05.09.2011
1839
“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı ölkə nümayəndəliyi ilə imzalanmış 2011-2012-ci illər üzrə Dövri illik iş Planı çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti 5 sentyabr tarixində Portuqaliya Respublikasına səfərə yollanıb. Nazirlikdən AZXEBER,COM-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Portuqaliya Gənclər və İdman Katibliyi ilə görüşüb, gənclərlə iş sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi prespektivlərini müzakirə edib, Portuqaliya Gənclər İnstitutunu ziyarət edəcəklər. Bununla yanaşı səfər çərçivəsində nazir müavini gənclər mərkəzlərinin bir neçəsinin fəaliyyəti ilə də tanış olacaq. Səfər 10 sentyabr tarixinədək davam edəcək.

OXŞAR XƏBƏRLƏR