"Portuqaliyanın problemi Ronaldo yox, baş məşqçi idi" – Açıqlama

"Portuqaliyanın problemi Ronaldo yox, baş məşqçi idi" – Açıqlama
İDMAN
16:08 07.07.2026
413
Xəbər verdiyimiz kimi, futbol üzrə 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya millisi İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Oyundan sonra sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri Portuqaliyanın uğursuz çıxışı, eləcə də komandanın kapitanı Cristiano Ronaldonun performansı olub. 

Bir sıra futbolsevərlər bu görüşün 41 yaşlı hücumçunun milli komandadakı son oyunu ola biləcəyi ilə bağlı fikirlər səsləndiriblər.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan idman jurnalisti Anar Xanlarov bildirib ki, bu qarşılaşmada aşkar favorit yox idi və görüşün taleyini xırda detallar həll etdi:

"İspaniya-Portuqaliya elə oyun idi ki, hər bir komanda qalib gələ bilərdi, aşkar favorit yox idi. Portuqaliyanın yaxşı heyəti var. Sadəcə, qarşısındakı rəqib də sıradan komanda deyildi. Maksimum az səhv edən komanda qazanacaqdı, o da İspaniya oldu. Son dəqiqələrdə daha diqqətli olmaq lazım idi, amma Portuqaliyanın müdafiəsi futbol dili ilə desək, "yatdı". Bu cür oyunlarda isə bu cür səhv bağışlanmır. 


Anar Xanlarov qeyd edib ki, Ronaldonu komandanın məğlubiyyətində günahlandırmaq doğru yanaşma deyil: 

"O ki, qaldı Ronaldoya, onluq bir şey yox idi. 41 yaşında dünya çempionatında oynamaq və 3 qol vurmaq özü qəhrəmanlıqdı. Təbii ki, yaş da sözünü deyir. Amma Portuqaliyanın problemi heyət və Ronaldo yox, baş məşqçi idi”. 
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR