Postdan narkotik keçirmək istəyən şəxs saxlanıldı

Postdan narkotik keçirmək istəyən şəxs saxlanıldı
Bütün Xəbərlər
11:41 15.04.2015
604
Faktla bağlı təhqiqat aparılır.
İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.
Dövlət Gömrük Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda qeydə alınıb.
İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Yalçın Dadaşov gömrük nəzarətindən keçən zaman onun ayağındakı ayaqqabısının hər tayında gömrük nəzarətindən gizlədilən cəmi 26 ədəd büküm, şəxsi yoxlama zamanı isə üzərində 1 ədəd büküm olmaqla, ümumilikdə xalis çəkisi 98,609 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR