Praqada "Ferrari"si ilə hoqqa çıxaran azərbaycanlı saxlanıldı - FOTO

Praqada "Ferrari"si ilə hoqqa çıxaran azərbaycanlı saxlanıldı - FOTO
Bütün Xəbərlər
13:55 16.05.2015
2638
Çexiyanın paytaxtı Praqanın Vatslav meydanı ərazisində öz avtomobili ilə yolun piyadalar üçün nəzərdə tutulan hissəsinə çıxan sərxoş azərbaycanlı saxlanılıb.
"Report" "Policejnidenik.cz" nəşrinə istinadən xəbər verir ki, cümə axşamı gecə Praqanın mərkəzində piyada zonasında dayanan avtomobil patrul polisinin diqqətini çəkib.
Asayiş keşikçiləri hərəkətləri onlara qəribə görünən 22 yaşlı sürücünü yoxlamaq qərarına gəliblər. Avtomobilə baxış zamanı polis əməkdaşları iki açıq pivə bankası aşkar ediblər. Avtotesterlə yoxlama "Ferrari" markalı avtomobil sürücüsünün 1,7 promille sərxoşluq mərhələsində olduğunu aşkar edib.
İnsidentlə bağlı Çexiya polisi tərəfindən sürücünün spirtli maddələrin təsiri altında "insanların həyatı üçün təhlükə yaratması" faktı sənədləşdirilib.
OXŞAR XƏBƏRLƏR