17:12 çərşənbə, 26 Fevral 2020
İDMAN

Premyer Liqa klubu Çalhanoğlunu istəyir

20:39, 08.01.20208083
Premyer Liqa klubu Çalhanoğlunu istəyir

"Milan"ın türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunu "Nyukasl" transfer etmək istəyir.

Premyer Liqa klubu Türkiyə millisinin üzvü ilə danışıqlara başlamaq fikrindədir.

Qeyd edək ki, "Milan" Çalhanoğlu 2017-ci ildə "Bayer"dən 22 milyon avroya transfer etmişdi.

XƏBƏR LENTİ