"El-Nino" ləqəbli hücumçu "Çelsi" ilə 5.5 illik müqavilə imzalayıb. Futbolçunun transfer məbləği kimi 58 milyon avro göstərilir. Bu isə Torresin premyer-liqa tarixinin ən bahalı futbolçusu olması anlamına gəlir. Torres həm də dünyanın 6-cı ən bahalı futbolçusuna çevrilib. Xatırladaq ki, ən bahalı 5 futbolçu siyahısında K. Ronaldo (94 mln.), Z. Zidan (75.8), Z. İbrahimoviç (66), Kaka (65) və Fiqu (61) yer alır.
İngiltərə mətbuatının verdiyi məlumata görə, Torres yeni komandasında həftəyə 175 min funt məvacib alacaq. Beləliklə, "Çelsi"də çıxış etdiyi müddətdə o 45 milyon avro əldə edəcək.
Qeyd edək ki, "Liverpul"la 2013-cü ilədək müqaviləsi olan Torres dəfələrlə komandadan ayrılmaq istədiyini bildirsə də klub rəhbərliyi buna məhəl qoymurdu. "Qırmızılar"ın heyətində 3 mövsüm çıxış edən 26 yaşlı forvard bu müddətdə 142 oyuna 81 qol vurub.
Əsas oyunçularından birini itirən "Liverpul" buna qədər "Nyukasl"dan Endi Kerrol və "Ayaks"dan Luis Suaresi heyətinə qatmışdı