Prezident üç rayona yeni icra başçısı təyin edib

Bütün Xəbərlər
16:07 26.04.2011
2083

AZXEBER.COM portalının AzərTac dövlət agentinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin sərəncamı ilə Adil Məcnun oğlu Məmmədov Qobustan rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin digər sərəncamı ilə Adil Məmmədov Biləsuvar rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 Prezident İlham Əliyev həmçinin Mahir Hacı oğlu Quliyevin Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Digər sərəncamla Mahir Quliyev Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Taleh Azay oğlu Qaraşovun Astara rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

OXŞAR XƏBƏRLƏR