Dövlət başçısı abidənin yerləşdiyi əraziyə gələrək soyqırımı qurbanlarının xatirəsini yad edib, abidə önünə əklil qoyub. Mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri də iştirak edib.