Prezident İlham Əliyev: “Azərbaycan iqtisadiyyatının inkişafı dünyada bir fenomendir”.

Prezident İlham Əliyev: “Azərbaycan iqtisadiyyatının inkişafı dünyada bir fenomendir”.
Bütün Xəbərlər
15:20 26.04.2011
2008

Dövlət başçısı əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının binası ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub. Akademiyanın prezidenti Mahmud Kərimov bildirib ki, ərazidə fəaliyyət göstərən Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında yenidənqurma işləri görülüb, binalar təmir olunub, geniş yaşıllıq zolağı salınıb. 2007-ci ilin sonundan başlanan təmir və yenidənqurma tədbirlərinin tamamlandığı, iş otaqlarının zəruri avadanlıqla təchiz olunduğu, akademiya işçilərinin elmi fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı qeyd edilib.


Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini və aparılmış təmir işlərini əks etdirən fotolara baxıb. Bildirilib ki, dövlət başçısının qayğısı sayəsində paytaxtın gözəl memarlıq nümunəsi olan Azərbaycan Milli Elmlər Akademiyasının binası yenidən möhtəşəm görkəmi ilə Bakıya yaraşıq verir.

Sonra Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edib.

Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov bildirdi ki, son illərdə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atılıb. Ötən dövrdə dövlətimizin başçısının göstərişi ilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Milli Azərbaycan Tarixi Muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yenidən qurulub.

“Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biri də akademiyanın varlığının qorunub saxlanmasıdır”, - deyən Mahmud Kərimov bildirib ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında xalqımızın taleyi, mili-mədəni və mənəvi varlığının qorunub saxlanması baxımından mühüm vəzifələr qoyulub. Hazırda 2009-2015-ci illərdə Azərbaycan elminin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı mühüm işlər görülür.

Sonra ötən il dünyasını dəyişən akademiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov yığıncağın gündəliyini elan edib. O, bildirib ki, 2011-ci ildə dövlət müstəqilliyinin yenidən bərpasının 20-ci ildönümü tamam olur: “Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra onun ictimaiyyətlə ilk görüşü akademiyada olub”.

Mahmud Kərimov Prezident İlham Əliyevə akademiyanın illik ümumi yığıncağında iştirakına görə minnətdarlığını bildirdi. təşəkkür edib.

Dövlət başçısı yığıncaqda giriş nitqi söyləyib. Akademiyanın illik ümumi yığıncağına dəvətə görə, alimlərə təşəkkür edən Prezident İlham Əliyev burada çox gözəl təmir və yenidənqurma işlərinin aparıldığını bildirib. Dövlət başçısı Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı konkret addımların atıldığını vurğulayıb, bu siyasətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev qeyd etdi ki, 1945-ci ildən fəaliyyət göstərən akademiya böyük və uğurlu yol keçib, alimlərimiz ölkəmizin inkişafına layiqli töhfələr veriblər: “Amma buna baxmayaraq, müstəqilliyin ilk illərində akademiyanın ləğv edilməsi ilə bağlı fikirlər səslənirdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı bu təhlükəni aradan qaldırdı”.

“Akademiyada Azərbaycanın elitası cəmlənib”, - deyən Prezident İlham Əliyev bildirib ki, ölkənin tərəqqisi elmin inkişafı olmadan mümkün deyil. Dövlət başçısı elmi tədqiqatların ölkədə aparılan iqtisadi siyasətlə bağlılığının diqqətdə saxlanılmasının vacibliyinə toxunaraq Elmin İnkişafı Fondunun bu sahədə xidmətlərindən danışıb. O, bildirib ki, elmin inkişafı ümumi inkişaf templəri ilə uzlaşmalı, elmin, təhsilin, iqtisadiyyatın birliyi yaradılmalı, bunun üçün prioritetlər düzgün seçilməli və onun üzərində işlər getməlidir.

Alimlərimizin elmdə qazandığı uğurlara toxunan Prezident İlham Əliyev Azərbaycanın geoloq alimlərinin XX ərdə həyata keçirdiyi elmi tədqiqatların əhəmiyyətindən danışıb. O, bildirib ki, bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas amilə çevrilməsi onların elmi kəşflərinin nəticəsidir. Hazırda ölkəmizdə böyük neft-kimya kompleksinin tikintisi ilə bağlı işlərin getdiyini diqqətə çatdıran dövlət başçısı bunun yeni iş yerlərinin açılmasına və elmi tədqiqatların daha da sürətlənməsinə imkan verəcəyini qeyd etdi. “Azərbaycan iqtisadiyyatının inkişafı dünyada bir fenomendir”, - deyən Prezident İlham Əliyev bu tərəqqinin təməlində elmin inkişaf prioritetlərinin dayandığını diqqətə çatdırıb.

Dövlət başçısı Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq akademiyanın aqrar bölməsinin yaradılması üçün təcili tədbirlərin görülməsinin vacibliyinə qeyd edib. Bildirib ki, hazırda ölkəmizdə müasirləşmə siyasəti aparılır, elmi-texniki tərəqqi ilə bağlı addımlar atılır, Azərbaycanda kosmik sənayenin yaradılması prosesi gedir və bunlar dövlət siyasətidir. İKT-nin inkişafı isə ilk növbədə, intellektual potensialın güclənməsinə, ölkədə gedən müasirləşmə prosesinə dəstək verməyə yönəlmişdir. Artıq ölkədə hərbi-sənaye kompleksi də yaradılır. Bu gün Azərbaycanda 430 adda hərbi təyinatlı məhsul buraxılır və gələcəkdə onların sayı artırılacaq. Humanitar elmlərin də inkişafının diqqət mərkəzində olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, bu sahədə aparılan elmi işlərin səviyyəsi təqdirəlayiq.

Dövlət başçısı bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ölkənin və bölgənin tarixi ilə bağlı elmi əsərlərin yazılmasını şərtləndirir. Xüsusilə İrəvan xanlığının tarixi ilə bağlı yazılan təqdirəlayiq əsərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Dağlıq Qarabağın qədim və əzəli Azərbaycan torpağı olması ilə bağlı sanballı elmi əsərlərin sayının daha da çoxaldılmasının əhəmiyyətini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov 2010-cu ildə həyata keçirilən elmi tədqiqatlar və onların istiqamətləri barədə hesabat məruzəsi ilə çıxış edib.

Akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Akif Hacıyev, Vaqif Fərzəliyev və Bəkir Nəbiyev hesabat məruzəsi ətrafında müzakirələrdə çıxış edərək, təkliflərini söyləyiblər.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının hesabatı səsə qoyularaq təsdiq edilib.

Səslənən təkliflərə münasibət bildirən Prezident İlham Əliyev qaldırılan məsələlərin tezliklə həllini tapacağını qeyd edib.

Akademiyanın prezidenti Mahmud Kərimov bir daha dövlətimizin başçısına elm adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.

Yığıncaqdan sonra Prezident İlham Əliyevə gələcəkdə akademiyanın strukturunda yer alan bəzi binaların inşası və yenidən qurulması ilə bağlı həyata keçirilən işlər barədə məlumat verilib.

Dövlət başçısı akademiyanın digər hissəsində aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olub.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib