Prezident İlham Əliyev ADNA-nın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib

Bütün Xəbərlər
11:38 23.11.2010
1809

1920-ci ildə Bakıda fəaliyyət göstərən texniki məktəbin əsasında Avropa və Asiyada neft-qaz və kimya sənayesi sahələrində ilk ali təhsilli mütəxəssis hazırlığına başlayan indiki ADNA 90 il ərzində dünyanın qabaqcıl ali texniki məktəbləri səviyyəsinədək inkişaf yolu keçib. Bu tədris ocağı hazırda 24 istiqamət üzrə bakalavr və magistr pillələrində mütəxəssis hazırlayır. 

Prezident İ. Əliyev əvvəlcə Heydər Əliyev lektoriya zalı və ADNA-nın tarix muzeyi ilə tanış olub.

Dövlət başçısı akademiyanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib.

Mərasimdə ADNA-nın rektoru Siyavuş Qarayev, Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru Viktor Martınov, Rumıniyanın Neft və Qaz Universitetinin rektoru Vlad Ulmanu və digər qonaqlar çıxış ediblər.

OXŞAR XƏBƏRLƏR