Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Bütün Xəbərlər
12:53 07.03.2011
1643

Prezidentin mətbuat xidmətindən  verilən məlumata görə, təbrik məktubunda bildirilir:

“Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Builki qadınlar bayramı ölkəmizin dövlət müstəqilliyinin bərpasının iyirmi illik yubileyinə hazırlaşdığımız günlərə təsadüf edir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayıblar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən iyirmi il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olub. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir.

Ümidvaram ki, siz, Azərbaycan qadınları gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirəcək, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə qüvvənizi, bilik və bacarığınızı əsirgəməyəcəksiniz.

Bayramınız mübarək olsun!”


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
18:43 15.05.2025
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
18:31 15.05.2025
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
18:20 15.05.2025
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
18:09 15.05.2025
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
17:59 15.05.2025
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
Lavrov: Zelenski yazıq adamdır
17:57 15.05.2025
Lavrov: Zelenski yazıq adamdır
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
17:49 15.05.2025
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
17:30 15.05.2025
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
Konyada 5,2 maqnitudalı zəlzələ olub
17:27 15.05.2025
Konyada 5,2 maqnitudalı zəlzələ olub
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
17:08 15.05.2025
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
16:59 15.05.2025
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
Qəzzada ölənlərin sayı 53 mini keçdi
16:54 15.05.2025
Qəzzada ölənlərin sayı 53 mini keçdi
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
16:27 15.05.2025
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
16:23 15.05.2025
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."