Prezident İlham Əliyev iki Olimpiya idman kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev iki Olimpiya idman kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
Bütün Xəbərlər
16:50 27.05.2011
1751

Sərəncamda nəzərdə tutulur ki, Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat (hər kompleks üçün 1,0 milyon manat) vəsait ayrılsın.

Nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsinin müəyyən olunmuş qaydada təmin edilməsi Azərbaycan Maliyyə Nazirliyinə tapşırılıb.

OXŞAR XƏBƏRLƏR