Prezident Administrasiyası: "Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır"

Prezident Administrasiyası: "Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır"
SİYASƏT
10:39 13.11.2019
3602
Azərbaycanın daxili siyasətində uğurla həyata keçirilən multikulturalizm ideyası onun xarici siyasətinə də müsbət təsir göstərir, daha konkret desək, onun səmərəliliyini artırır.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti xalqımıza xas olan tolerant dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirir:

"Təsadüfi deyil ki, ölkəmizdə multikulturalizm dövlət siyasəti səviyyəsinə qaldırılıb. Dünyada multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldıran ölkələrin sayı azdır. Hətta həmin ölkələr arasında belə bu siyasəti uğurla həyata keçirənlərin sayı daha azdır".

E.Nəcəfov əlavə edib ki, Azərbaycan multikulturalizm siyasətini müvəffəqiyyətlə aparan ölkələrdəndir: "Respublikamızda etnik-mədəni müxtəliflik multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Bunun əsas göstəricisi kimi ölkəmizdə etnik və dini zəmində heç bir qarşıdurmanın olmamasını qeyd etmək olar".

PA rəsmisi qeyd edib ki, məhz bu xüsusiyyətlərinə görə müasir dövrdə Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur.

Onun sözlərinə görə, hazırda ölkəmizdə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ümummilli liderin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək, onu ölkənin daxili və xarici siyasətinin tərkib hissəsinə, mühüm istiqamətinə çevirib: "Multikulturalizm Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olaraq, ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, respublikamızda yaşayan azsaylı xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunmasına, nəticədə cəmiyyət daxilində inteqrasiya proseslərinin güclənməsinə səbəb olur. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün münbit zəmin yaradır. Yaxud əksinə, ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətdə aqressivlik göstərməsinə, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına gətirib çıxarır. Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənedici rol oynadığını nəzərə alsaq, Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin ölkəmizin xarici siyasətinə müsbət təsir göstərdiyini və bunun nəticəsində dövlətimizin beynəlxalq aləmdə böyük uğurlara imza atdığını görərik. Əgər ölkə daxilində multikulturalizm siyasəti cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliyin, onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, dövlətlərarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün ölkələrlə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Bu isə öz növbəsində, dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqinə öz töhfəsini verir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bizə İrandan ixrac edilən İslam lazım deyil” - Deputat
16:10 13.10.2026
“Bizə İrandan ixrac edilən İslam lazım deyil” - Deputat
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
16:00 13.10.2026
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
15:59 13.10.2026
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
15:55 13.10.2026
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
15:47 13.10.2026
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
15:39 13.10.2026
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
15:35 13.10.2026
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
ƏMAS-da yenilik - Artıq...
15:24 13.10.2026
ƏMAS-da yenilik - Artıq...
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
15:22 13.10.2026
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
15:11 13.10.2026
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
15:08 13.10.2026
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
TikTok-da yeni funksiya
15:05 13.10.2026
TikTok-da yeni funksiya
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
15:04 13.10.2026
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ