Prezident Administrasiyasının sektor müdiri Gəncədə sakinlərlə görüşüb

Prezident Administrasiyasının sektor müdiri Gəncədə sakinlərlə görüşüb
SİYASƏT
17:10 16.10.2019
13708
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov sakinlərlə görüşüb.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə şəhərdə fəaliyyət göstərən müxtəlif idarə, təşkilat və müəssisə rəhbərləri də iştirak ediblər. Görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərin tez bir zamanda aradan qaldırılması üçün müvafiq tapışırıqlar verilib. Ara küçələrin asfaltlanması, gecə işıqlanma sisteminin qurulması, çoxmənzilli binaların dam örtüyünün yenilənməsi, uşaqlar üçün oyun meydançalarının yaradılması kimi məsələlər müraciətlərin əsasını təşkil edib. Sakinlərə cavab olaraq bildirilib ki, son aylar ərzində şəhərin əksər əsas küçələri asfaltlanıb.
 
Hazırda Gəncənin su təsərrüfatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını hədəfləyən layihə davam etdiyindən, o iş də buna müvafiq olaraq mərhələli şəkildə həyata keçirilir. Asfaltlanan küçələrdə gecə işıqlanması sistemi də yenidən qurulur. Çoxmənzilli binaların dam örtüyünün yenilənməsi, binaların fasadlarının təmiri, istismar müddətini başa vurmuş liftlərin yenilənməsi işləri də mərhələli şəkildə həyata keçirilir.
 
Görüşdə iştirak edənlər şəhərdə olan təhlükəli ağacların kəsilməsini, Vəli Xuluflu küçəsi və Məhsəti qəsəbəsinin nəqliyyat probleminin aradan qaldırılmasını da xahiş ediblər. "AzTelecom” internet provayderinin zəif işləməsindən şikayətlənənlər də olub. Görüşdə qeydiyyatsız evlərin sənədləşdirilməsi məsələsi də müzakirə olunub. Sakinlərə bildirilib ki, hazırda Kəpəz və Nizami rayon icra hakimiyyətlərində bu iş üzrə çalışan komissiya yaradılıb və mövcud problemin aradan qaldırılması istiqamətində iş aparılır. Sakinlər öz şəxsi problemlərini də dilə gətiriliblər. Səsləndirilən əksər problemlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
 
Qeyd edək ki, sakinlərlə görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Əsas məqsəd sakinlərin problemlərini öyrənmək və qısa vaxt ərzində onları aradan qaldırmaqdı
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
15:09 02.07.2025
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
15:07 02.07.2025
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub