Prezident attestasiya qaydaları ilə bağlı sərəncam imzaladı

Prezident attestasiya qaydaları ilə bağlı sərəncam imzaladı
Bütün Xəbərlər
14:20 10.05.2012
1778
Azərbaycan prezidenti İlham Əliyev təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncamda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən etmək tapşırılıb.Nazirlər Kabinetinə isə tapşırılıb ki, iki ay müddətində “Təhsil haqqında” qanununun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin fərmanında nəzərdə tutulmuş, təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarını prezidentlə razılaşdırmaqla təsdiq etsin.
OXŞAR XƏBƏRLƏR