Prezident bu şəhəri cənnətə bənzətdi

Prezident bu şəhəri cənnətə bənzətdi
DÜNYA
22:04 25.10.2026
266
Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşən Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Minsk şəhərinin siması və infrastrukturu barədə yüksək fikirlər səsləndirib.

Siyasətçi Minskə səfərinin digər ölkələrə edilən dövlət səfərlərindən tamamilə fərqləndiyini bildirib.

"Biz digər ölkələrə müxtəlif dövlət səfərləri edirik, amma Belarusa səfər etmək və Minsklə tanış olmaq tamamilə fərqli bir dünyadır. Çünki digər paytaxtlardan fərqli olaraq, bura yer üzünün cənnəti kimidir”, – U.Xurelsux deyib.

Monqolustan lideri bu təəssüratını şəhərin əlverişli iqlimi və inkişaf etmiş infrastrukturu ilə izah edib.
 
///globalinfo///
OXŞAR XƏBƏRLƏR