“Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu?"

SİYASƏT
21:18 24.06.2020
1230

"Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib: "Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün.

İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:36 14.07.2020

Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb

12:27 14.07.2020

Pakistan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu sərt şəkildə pislədi

12:19 14.07.2020

"Rəsmi Yerevan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil"

11:57 14.07.2020

Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü

11:48 14.07.2020

Qubada karantin qaydalarını pozaraq futbol oynayanlar cərimələndi

11:31 14.07.2020

"Sosial şəbəkə istifadəçilərimiz düşmənin informasiya tələsinə düşməməlidir"

11:20 14.07.2020

"Azərbaycan dövləti və İlham Əliyev bütün dünya üçün bir nümunədir"

11:14 14.07.2020

Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı

11:05 14.07.2020

Hikmət Hacıyev: “Artilleriya qurğularından istifadə etməklə hücum gözlənilirdi”

11:00 14.07.2020

Düşmən Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub

10:51 14.07.2020

İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər

10:44 14.07.2020

Barıt qoxulu Tovuzdan FOTOREPORTAJ

10:27 14.07.2020

Bakıda eyvandan yıxılan qadın xəstəxanada öldü

10:16 14.07.2020

“Kərəm Yabuqov hazırda süni tənəffüs cihazına qoşulub”

10:11 14.07.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

10:00 14.07.2020

Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib