“AŞPA-da səslənən fikirlər Azərbaycan dövlətinin Ermənistanın təcavüzünə qarşı qəti mövqe ortaya qoyduğunu göstərdi”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı Prezident İlham Əliyevin AŞPA Parlament Assambleyasındakı çıxışını şərh edərkən söyləyib.
O prezident İlham Əliyevin AŞPA-dakı nitqində Azərbaycanda bir çox azadlıqların, demokratik institutların fəaliyyətinin təmin edilməsi, mətbuat və söz azadlığı sahəsində mühüm islahatların həyata keçirilməsi, azad internetin mövcudluğu ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib:
“Cənab prezidentin AŞPA-dakı nitqini və suallara verdiyi cavabları sonadək dinlədim. Düşünürəm ki, suallara verilən cavablar müasir Azərbaycan diplomatiya tarixinin ən qürurverici dəqiqələrindən biri idi. Bu nitqi, suallara verdiyi dəqiq cavabları və davranışı ilə cənab prezident özünün humanitar təfəkkürünü, müasir dünyanın görkəmli dövlət xadimlərindən biri olduğunu təsdiqlədi. Bu nitqdən sonra aydın oldu ki, prezident İlham Əliyev dünyada və o cümlədən Avropa baş verən bütün siyasi prosesləri ən incə xırdalığına qədər bilir”.
Deputat İlham Əliyevin nitqində Dağlıq Qarabağ münaqişəsinin bütün regionu təhdid altında saxlamasını, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnamə qəbul etməsini ancaq, onların hələ də icra olunmamasını, bənzər hallarda bu qətnamələrin bir neçə saat ərzində icra edilməsi və ölkəmizə qarşı aparılan ikili standartlarla bağlı söylədiyi fikirlərə də münasibət bildirib. O, Azərbaycan prezidentinin bu çıxışını diplomatlarımıza örnəkolduğunu deyib:
“AŞPA-da səslənən fikirlər Azərbaycan dövlətinin Ermənistanın təcavüzünə qarşı qəti mövqe ortaya qoyduğunu göstərdi. Bütün Avropa çox gözəl bilir ki, Azəbaycan öz torpaqlarında ikinci bir Ermənistan dövlətinin yaranmasına izin verməyəcək. Öz nitqində pezident Azərbaycanda insan hüquqlarına, ölkədə olan söz və mətbuat azadlığı ilə bağlı fikirlərini səsləndirdi. Sözün həqiqi mənasında bu gün Azərbaycanda jurnalistlər nə istəyirlər və necə istəyirlərsə elə də yaza bilirlər. Düşünürəm ki, prezidentimizin AŞPA-dakı çıxışı ən başda Azərbaycan diplomatlarına bir önək olmalıdır”.
AZXEBER.COM