Prezident daha bir yolun açılışını edib

Bütün Xəbərlər
18:19 05.05.2011
1511

Prezident İlham Əliyev İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, uzunluğu 12 kilometr olan bu yol əvvəllər istifadəyə yararsız halda olub. 

Prezident İlham Əliyevin Sərəncamına əsasən, 42 minə yaxın əhalisi olan yeddi yaşayış məntəqəsini əhatə edən İmişli-Qaravəlili-Mirili avtomobil yolunun əsaslı təmir işlərinə ötən ilin sonlarında başlanıb. Həmin avtomobil yolu müasir tələblərə uyğun olaraq yenidən qurulub, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Dünya standartları səviyyəsində inşa olunan bu yolda əvvəllər yük və sərnişin avtomobillərinin hərəkətinə mane olan bütün maneələr aradan qaldırılıb, insanların uzun müddətdən bəri davam edən narahatlığına son qoyulub. Yolun istifadəyə verilməsi, həmçinin İmişli və Saatlı rayonları arasındakı gediş-gəliş məsafəsini iki dəfə azaldıb.

 

OXŞAR XƏBƏRLƏR