"Şöhrət" ordeni Əli Abbasova Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə verilib
Azərbaycan prezidenti İlham Əliyev rabitə və informasiya texnologiyaları naziri Əli Məmməd oğlu Abbasovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Şöhrət" ordeni Əli Abbasova Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə verilib.












































