Prezident: “Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayır”

SİYASƏT
13:37 27.09.2020
322

Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz məskunlaşma işləri aparır. Bu hərbi cinayətdir və Cenevrə konvensiyasına tamamilə ziddir”.

AZXEBER.COM xəbər verir ki, bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində deyib.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan bu addımlarına görə mütləq cavab verəcək:

 

"Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz məskunlaşma aparmaq bizə qarşı növbəti təxribatdır. Ermənistan tərəfinin təxribat xarakterli bu siyasəti artıq uzun illərdir ki aparılır. Qeyd edim ki, Ermənistanda mövcud olan ağır iqtisadi-siyasi və sosial vəziyyətə görə, ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və insan resursları azalır. Ona görə də işğal olunmuş ərazilərdə öz adamlarını yerləşdirmək üçün xaricdə yaşayan ermənilərə ümid edirlər. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirilib. Bu siyasət davam etdirilir”. 

Prezident qeyd edib ki, bizdə olan dəqiq məlumata görə, Azərbaycanın bəzi işğal edilmiş ərazilərinin adları dəyişdirilir.

"İşğal altında olan bəzi rayonlarımızın, kəndlərimizin adlarının dəyişdirilməsi, azərbaycanlıların tarixi irsinin, abidələrinin dağıdılmasına dair məlumatlar var. Bizim məscidlərimiz dağıdılır, təhqir edilir. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorlarla dağıdılır. Bunu edən vandallardır, faşistlərdir, vəhşilərdir”, - deyə Prezident bildirib.

Ölkə başçısı işğal olunmuş torpaqlarda keçirilən hərbi təlimlərin də növbəti təxribat olduğunu diqqətə çatdırıb:

"Bu Ermənistanın daha bir təxribatdır. Bunun bir məqsədi var. Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal etməkdir. Bütün bu sadaladığım faktlar bir daha onu göstərir ki, regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkli siyasətidir. Azərbaycan heç bir təxribata əl atmayıb. Azərbaycan sadəcə öz maraqlarını müdafiə edir, öz mövqelərini dəstəkləyir və öz siyasətini alnıaçıq şəkildə davam etdirir. Biz dəfələrlə Dağlıq Qarabağın tarixi, əzəli və əbədi Azərbaycan torpağı olduğunu bəyan etmişik. Bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət Azərbaycanın tərəfindədir. Çünki bu bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq, bütün beynəlxalq təşkilatlar, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bizim tərəfimizdədir”. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:42 31.10.2020

Avropanın daha bir ölkəsində karantin elan edildi

23:23 31.10.2020

Düşmənin artilleriya və minaatan batareyaları məhv edilib - Video

23:03 31.10.2020

MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır

22:33 31.10.2020

Türkiyədə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi

22:12 31.10.2020

Azərbaycanda şəhid analarına həsr edilmiş film çəkildi - VİDEO

22:11 31.10.2020

Türkiyə Prezidentinin sözçüsü COVID-19-a yoluxub

21:51 31.10.2020

Mixeil Saakaşvili: “Gürcüstanda hakimiyyət dəyişir”

21:38 31.10.2020

Azərbaycan Ordusunun döyüş ruhunu göstərən VİDEO

21:36 31.10.2020

Makron: “Mən Müsəlmanların hisslərini başa düşürəm”

20:30 31.10.2020

Baş Prokurorluq: "Vaaqn Çaxalyanla bağlı başladılan cinayət işi üzrə istintaq davam etdirilir"

20:12 31.10.2020

Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb

18:46 31.10.2020

Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi – FOTO

18:27 31.10.2020

Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır

18:10 31.10.2020

ETSN: İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir

17:53 31.10.2020

MN: Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir

17:30 31.10.2020

"Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur və istifadə olunmur"