Prezident FHN və DİN işçilərinin maaşları artırdı

Prezident FHN və DİN işçilərinin maaşları artırdı
Bütün Xəbərlər
23:46 28.10.2011
3374
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında sərəncam imzalayıb. AZXEBER.COM-un "AzərTAc"a istinadən verdiyi məlumata görə, maaşlar orta hesabla 30 faiz artırılıb.Digər sərəncama görə isə Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırılıb. Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 30 faiz artırılıb.
OXŞAR XƏBƏRLƏR