Prezident Finlandiyanın xarici işlər naziri ilə görüşdü
Bütün Xəbərlər
19:53 04.02.2012
1197
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Münxendə Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşüb.AZXEBER.COM-un məlumatına görə, Azərbaycanla Finlandiya arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi bildirilən görüşdə əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.