“Prezident gec-tez hasarlara da reaksiya verəcək”

“Prezident gec-tez hasarlara da reaksiya verəcək”
Bütün Xəbərlər
13:38 01.06.2015
1298
“Cənab prezident villalarla bağlı “sökün” əmri verəndən sonra heç kim qabağa çıxmadı. Aydındır ki, bu, adi, sadə adamların villaları deyil. Kimlərsə qorxaraq qabağa çıxmırsa, onda söküntü əmri icra olunacaq”.
AZXEBER.COM xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində millət vəkili Çingiz Qənizadə deyib. Ç. Qənizadə bildirib ki, o evlərin sahiblərindən hamının xəbərsiz olmasına inanmır: “Ən azı bu gün cəmiyyətdə daşı daş üstünə qoyanda dərhal gəlib adamın başının üstünü kəsdirirlər. Ona görə də yəqin ki, bunların əsl səbəbləri haqqında da kifayət qədər səbəblər var. Amma mən ev sahiblərini də qınamıram. Yəqin ki, vaxtilə onlara icazə verilib, ona görə bu villalar tikilib. Yəni bu məsələyə birmənalı yanaşmaq lazım deyil”.
Millət vəkili Xəzər Dənizinin ətrafına çəkilən hasarlara da etiraz edib: “Mən hesab edirəm ki, gec-tez cənab prezident buna da reaksiya verəcək. Şəhərə cənub tərəfdən girəndə baxırsan dəniz elə hasarlanıb ki, bizi sadəcə o gözəl mənzərədən məhrum ediblər. İnanıram ki, bu məsələ də cənab prezidentin diqqətinə çatdırılacaq və onunla bağlı da göstərişlər verəcək. Görürsünüz ki, son məsələlərdə cənab prezident nə qədər həssaslıqla, diqqətlə və ağrı ilə baş verən hadisələri vurğulayır, göstərişlər verir. Amma təəssüf ki, bəzən ətrafında olan kimlərsə bunu tuta bilmirlər. Gec-tez bu kimi hərəkətlər öz başlarında çatlayacaq. Sanki cənab prezidentin istəyi ilə edilən hərəkətlər arasında bəzən ziddiyyət olur, onda da prezident qətiyyətli addımlar atır.
Parlamentdə hasarlarla bağlı məsələ elə bir neçə dəfə Fazil Mustafa tərəfindən qaldırılıb. Xalq heç olmasa bu gözəl mənzərəyə baxmaqdan məhrum etmək düzgün deyil. Avropadan gələnlər Qobustana, tarixi yerlərə baxmaq üçün gedəcəklərsə, dənizin hasarlanması mənzərəsini görsələr, təbii ki, heyrətlənəcəklər. Nəzərə alaq ki, gələnlər arasında jurnalistlər də çox olacaq. Onlar da məsələlərə hansısa don geyindirəcək. Azərbaycana gələn jurnalistlər hamısı Azərbaycanı sevdiyi üçün gəlmir ki. Çoxları informasiya toplamağa, bəlkə də qarışqadan fil düzəltməyə gələcək.
O baxımdan biz onlara imkan verməməliyik ki, nələrisə görsünlər və yazsınlar. Allaha şükür, şəhərin mərkəzində gözəl işlər görülüb, hər bir atılan addım bizi sevindirir. Təbii ki, son hadisə olmasaydı, daha yaxşı olardı. Amma məhz Şıxovdan sonra Qaradağ ərazisində yolboyu dənizin hasarlanması yolverilməzdir, gec-tez bu hasarlar da sökülməlidir. Dəmir çərçivə çəkilsəydi, dənizin gözəl mənzərəsi də qalardı, yaşayış əraziləri də küləkli olardı. Yəqin ki, cənab prezident nə vaxtsa bu məsələyə öz mövqeyini bildirəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır