Prezident general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib

Prezident general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib
Bütün Xəbərlər
10:34 09.05.2012
1192

Bu gün Dağüstü parkda general-mayor Həzi Aslanovun abidəsinin təmir-bərpa işlərindən sonra açılışı olub. Açılış mərasimində dövlət başçısı İlham Əliyev də iştirak edib.

Azərbaycan prezidenti 9 May – Qələbə Günü münasibətilə general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, abidənin üzərinə gül dəstəsi qoyub. Daha sonra Böyük Vətən müharibəsi veteranları ilə görüşən prezident İlham Əliyev onların problemləri ilə maraqlanıb. Mərasimdə hökumət üzvləri, parlament nümayəndələri də iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR